“Sumqayıt”da yumruq davası

21 Fevral 2013 17:02 (UTC+04:00)

"Sumqayıt"ın məşqində dava düşüb. Siasport.az saytının məlumatına görə, komandanın futbolçuları bir-biri ilə yumruq davasına çıxıb.

Belə ki, bu günkü məşq zamanı komanda üzvləri iki tərəfli oyun keçirib. Bu zaman Eldar Cankisiyev qapıçı Səlahət Ağayevə qarşı sərt oynayıb. Qolkiper komanda yoldaşına xəbərdarlıq edib. Daha sonra tərəflər yumruq davasına çıxıb. Digər futbolçuların müdaxiləsi nəticəsində dava qısa sürüb və ara sakitləşib.

Mənbə: Fanat.az