Qran-pridə iştirak edəcək Azərbaycan cüdoçuları məlum oldu

21 Fevral 2013 14:43 (UTC+04:00)

Fevralın 23-24-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb. Siasport.az saytının məlumatına görə, yarışda avstriyalı baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında 8 idmançımız mübarizə aparacaq. Heyətdə Elxan Məmmədov (100 kq), Elnur Məmmədli (81 kq), Orxan Səfərov (60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Alimli (81 kq), Şəhməd Məhəmmədov və Şahin Qəhrəmanov (hər ikisi 90 kq) yer alıb.