Silahlı hücum : 7 ölü

21 Fevral 2013 11:55 (UTC+04:00)

İndoneziyanın şərqində bir qrup silahlı iki ayırı hücum təşkil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 7 nəfər öldürülüb. Ordu nümayəndəsi İsgəndər Sitompulun verdiyi açıqlamaya görə, ölkənin şərqində yerləşən Papua bölgəsində hərbi avtomobilə qurulan tələ nəticəsində 4 əsgər və 2 mülki vətəndaş həlak olub. Digər hücumda isə 1 əsgərin öldüyü, birinin isə yaralandığı bildirilir.

Qeyd edək ki, keçmiş Hollandiya koloniyası olan Papua 1969-cu ildə İndoneziyaya birləşdirilmişdi. Buna baxmayaraq bölgənin müstəqilliyi uğrunda Azad Papua Hərəkatı mübarizə aparır.