Prezidentin sarayını atəşə tutdular

21 Fevral 2013 09:35 (UTC+04:00)

Suriyada qarşıdurmalar səngimək bilmir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriyada hökumət qüvvələri ilə müxalif qruplar arasında baş verən növbəti qarşıdurmalarda həlak olanların sayı 159-a çatıb. "Əl-Cəzirə" televiziyasının məlumatına görə, hökumət qüvvələrinin Hələb şəhərini bombalaması nəticəsində xeyli sayda yaşayış binası yerlə-yeksan olub, onlarla insan dağıntıların altında qalaraq ölüb.

Hadisə zamanı paytaxt Dəməşqin mərkəzində yerləşən prezident sarayına bir neçə raket mərmisi düşüb.