“Bizim əsas məqsədimiz ondan ibarətdir ki...

20 Fevral 2013 17:49 (UTC+04:00)

Bizim əsas fəaliyyətimiz Azərbaycanın Avropa ailəsinə, xüsusən vətəndaş cəmiyyətinə, inteqrasiya prosesinə dəstək olmaq və Azərbaycan gənclərini, insanlarını bu istiqamətdə hazırlanmaqdır. SİA-nın xəbərinə görə, bunu bu gün Azərbaycan Avropa Hərəkatının II konqresində iştirakı zamanı Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bildirib.

Hərəkar prezidentinin sözlərinə görə, hətta bununla bağlı bir çox layihələr həyata keçirilib: "Buna 2012-ci il 9 may Avropa Gününün qeyd edilməsini misal göstərə bilərik. Eləcə də Avropa dəyərlərinin təbliği ilə bağlı Bakıda və regionlarda tədbirlər həyata keçirilib. Beynəlxalq Avropa Hərəkatının yerli nümayəndəliyi kimi Azərbaycan Avropa Hərəkatı 2004-cü ildən formalaşma prosesi keçib. Beləcə hərəkat ötən il ilk konqresini həyata keçirdi. Bundan sonra isə biz Avropa Hərəkatına tam üzv olduq və Ədliyyə Nazirliyində qeydiyyatdan keçdik. Bununla da biz 14 regionda öz klublarımızı yarada bildik. Təbii ki, bütün bunlarda ATƏT-in maliyyə dəstəyi ilə həyata keçirilib. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, bir illik fəaliyyətimizlə bağlı hesabat verək".