Sabah da yağış yağacaq

20 Fevral 2013 13:27 (UTC+04:00)

Sabah hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.