"Bavariya" "Arsenal"ı öz meydanında rüsvay etdi!

20 Fevral 2013 12:26 (UTC+04:00)

Dünən axşam futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində növbəti görüşlər keçib. Siasport az sayıtı xəbər verir ki, Londonda Almaniya "Bavariya"sını qəbul edən London "Arsenal"ı, acınacaqlı məğlubiyyətlə barışıb. Belə ki, "pivəçilər", meydan sahiblərini 3:1 hesablı məğlubiyyətə uğradıblar. Bundan başqa, Portuqaliyada yerli "Portu" öz meydanında Uspaniya "Malaqa"sını qəbul edib. Gərgin keçən qarşılaşmada "Porto" klubu İspaniyadan gələn rəqibini 1:0 hesabı ilə məğlub edib.