Saxtalaşdırma İsveçrə saatı kimi dəqiq həyata keçirildi

19 Fevral 2013 16:33 (UTC+04:00)

Ermənistanda keçirilən son prezident seçkiləri əvvəlkilərdən heç nə ilə fərqlənmir. SİA-nın epress.am erməni saytına istinadən verdiyi məlumata görə, bunu "Helsinski təşkilatı"nın Ermənistan ofisinin sədri, hüquq müdafiəçisi Mikael Daneliyan deyib.

Onun sozlərinə görə, bu il keçirilən seçkilərdə saxtakarlıq əvvəlki illərdən fərqli olaraq daha təkmil formada həyata keçirildi. Seçicilərin rəsmi sayının azaldılması, barmağa vurulan mürəkkəbin saxta olması, ömrünün cəmi 1-2 saat olması saxtalaşdırmanı daha asan reallaşdırdı.

"Sizləri təbrik edirəm, tərəqqi var. Saxtalaşdırma İsveçrə saatı kimi dəqiq həyata keçirildi. Əgər hakimiyyət seçkilərin nəticəsini inkişaf adlandlrlrsa, deməli bununla razılaşmaq lazımdır", - deyə M.Daneliyan Sarkisyanın "qələbəsinə" ironik münasibət bildirib.