Əcnəbi peyklər Azərbaycandan idarə olunacaq

19 Fevral 2013 15:29 (UTC+04:00)

Azərbaycanın orbitə çıxardığı "Azerspace-1" peykinin idarə olunması üçün ilk mərkəz artıq istifadədir. SİA-nın verdiyi xəbərə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, bu mərkəzin sahəsi gələcəkdə daha da genişləndiriləcək: "İkinci telekommunikasiya peykinin orbitə çıxarılması 2016-cı ilə planlaşdırılıb. Bu mərkəz həmin vaxtda peyklərin idarə olunması üçün yetərli olmaycaq. Bunun üçün sentyabr ayında yer səthini müşahidə etmək üçün qurulan yeni stansiya istifadəyə veriləcək. Bu stansiya digər peyklərdən regionun şəkillərini almağa imkan verəcək. Həmçinin bu stansiya digər əcnəbi peyklərin idarə olunması üçün də istifadə olunacaq".