Şəmkirdə əmanətçilərə 5 mln manatadan artıq vəsait verilib

19 Fevral 2013 15:05 (UTC+04:00)

Şəmkir rayonunda sovet dönəmindən qalan əmanətlərin paylanması ilə bağlı verilən sərəncama əsasında 5 mln 835 684 manat vəasit verilib. Bu barədə SİA-nın bölgə müxbirinə Kapital Bankın Şəmkir rayon filialından məlumat verilib.

Açıqlanan məlumata əsasən filiala 15 798 nəfər müraciət edib ki, nəticə etibarı ilə 15 247 nəfər banglarda qalan əmanətlərini ala bilib. Təxminən 64 nəfər hazırda pulunu ala bilməyib. Bu da sənətlərdə olan problemlərlə əlaqədardır. Mart ayına kimi belə vətəndaşlara da bütün əmanətlər paylanacaq.

İlham Məmmədov