Rusiyanın təmsilçisi bəlli oldu FOTO

19 Fevral 2013 12:31 (UTC+04:00)

İsveçdə keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsində Rusiya təmsil edəcək ifaçı məlum olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, builki müsabiqədə adı çəkilən ölkəni Dina Qaripova təmsil edəcək. Müğənni müsabiqədə "What If" mahnısını oxuyacaq.

Qeyd edək ki, Dina Tatarıstanda anadan olub. O, 6 yaşından ifa etməyə başlayıb. Sənətçi tatar, rus, ingilis, fransız və italyan dillərində rok və pop stilində mahnılar ifa etməyi bacarır.