Hande Yener yenidən mərasimlərdə

19 Fevral 2013 10:49 (UTC+04:00)

Türk dünyasının tanınmış sənətçisi Hande Yenerdən xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni meneceri Müdrik Öztürkün ad günü şənliyinə qatılıb. Atasının vəfatından sonra şənliklərdən uzaq olan müğənni 50 gündən sonra yenidən mərasimlərdə görünüb. Yande Yener tədbirdə Orhan Gencebayın repertuarından "Kaderimin Oyunu" mahnısını səsləndirib. Gecə yarısı şənlikdən ayrılan muğənni jurnalistlərin suallarını cavabsız qoyub. Spirtli içki qəbul etdiyi üçün Müdrik Öztürk sənətçiyə yoldaşlıq edib.

Qeyd edək ki, Müdrik Öztürkün ad günü mərasiminə Hande Yenerlə birgə Öztürkün ailə üzvləri, sevgilisi Saleh Aleksandr Çakır və yaxın dostları da qatılıb.