“Turan”ın futbolçusunun zədəsi ciddidir

19 Fevral 2013 09:32 (UTC+04:00)

"Xəzər Lənkəran" kollektivi ilə oyunun əvvəlində zədələnən "Turan" futbol komandasının qapıçısı Kamal Bayramovun zədəsi ciddidir. Siasport.az sytının məlumatəna görə, oyun zamanı K.Bayramovun sifəti qapı dirəyinə dəyib, burnu sınıb və çənə sümüyü çatlayıb. Futbolçuya beyin sirkələnməsi diaqnozu ehtimalı qoyulub.

"Xəzər Lənkəran" - "Turan" matçı meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.