Petek Dinçöz hicab bağladı

19 Fevral 2013 09:35 (UTC+04:00)

Türkiyənin tanınmış müğənnisi və manikeni Petek Dinçözdən xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, müğənni bir neçə gün bundan öncə Ümrəyə yola düşüb. Orada çəkdirdiyi fotoşəkillərdən birini sosial şəbəkəsində paylaşıb. Şəkillərdə maraqlı məqam isə gözəl manikenin qapalı libas geyinməsi olub.

Qeyd edək ki, müğənninin Ümrəyə getməsinin səbəbi müqəddəs torpaqları ziyarət etmək istəyi olub.

Nəzərinizə çatdıraq ki, müğənni dünən "Biscolata" reklamı ilə məşhurlaşan İtalyan model Carlos Martinlə klip çəkdirib.