Əmrə Belazoğlu: "Bu il çempion olacayıq"

19 Fevral 2013 09:47 (UTC+04:00)

İstanbulun "Fənərbaxça" futbol klubunun ulduz futbolçusu Əmrə Belazoğlu, "Trabzonspor" üzərində qazanılan qələbədən sonra maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, keçmiş "Atletiko"lu bu qənaətdədir ki, "Fənərbaxça"nın çempion olmaq şansları yüksəkdir: "Biz hələ yolun başındayıq. Çempionluq marafonu üçün indidən nəsə demək çox tezdir. Amma bizim bu il çempion olmaq şanslarımız yetərincə yüksəkdir. Əminəm ki, mövsümün sonunda azarkeşlərimizə çempionluq sevinci bəxş edəcəyik"-deyə Ə.Belazoğlu fikrini tamamlayıb.