Daşkəsəndə avtomaşın çaya düşdü

18 Fevral 2013 19:49 (UTC+04:00)

Daşkəsən rayonun Quşçu kəndndə avtomaşın çaya düşüb. SİA-nın Qərb bürosunun rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata əsasən Vüqar Həsənovun idarə etdiyi "VAZ 21 06" markalı avtomobilin şinnləri partalayıb. Nəticədə sürücü idarəetməni itirib və maşın yol kənarındakı çaya düşüb. Xoşbəxtlikdən avtomobildə V.Həsənovdan başqa heç kim olmayıb. Sürücü müxtəlif xəsarətlərlə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov