Bütün əvvəlki seçkilərdə daxil olmaqla Ermənistanda seçkilər xalq iradəsini əks etdirmir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu bir qrup erməni işçisi bəyan edib. Onlar bildiriblər ki, bu gün yenidən qeyri-qanuni seçkilərlə üz-üzədirlər: "Biz növbəti qeyri-qanuni seçkinin şahidiyik. Seçicilər dövlət tərəfindən güc tətbiq edilmiş tədbirlərlə səs hüququndan istifadə edir. Bu seçkilərə etiraz olaraq oturaq piket keçiririk. Bununla da öz mövqeyimizi ifadə edirik. Qanunsuz rejimi tanımayan bütün vətəndaşları bizə qoşulmağa çağırırıq".
Qeyd edək ki, aksiya keçirən alimlər bunlardır: Davit Harutunyan, Karen Harutunyan, Markarian Miran, Vahagn Minasyan, Saro Saroyan və digərləri.