Yer, canlıları məhv edəcək asteroidlə toqquşacaq

18 Fevral 2013 17:31 (UTC+04:00)

"Yer tez və ya gec bütün canlıları məhv edəcək asteroidlə toqquşacaq. Bu asteroid 65 milyon il bundan əvvəl dinozavrları məhv edən asteroidə bənzəyəcək". SİA-xəbər verir ki, bu barədə Şimali Korolina Universitetinin mütəxəssisi Bill Makquayr bildirib.

Çelyabinskdə meteorit partlayışını şərh edən mütəxəssis meteorit yağışından xəsarət alan rusiyalıların tarixə düşəcəyini vurğulayıb: "İlk dəfə tarixdə meteorit yağışından bu qədər insan xəsarət alıb. Bu hadisə 1908-ci ildə yerə düşən Tanqus meteoritini xatırladır".

Makquayr Yer atmosferinin insanlığı kənar təhlükələrdən qorumağa qadir olmadığını deyib. Amerikalı mütəxəssis asteroidin Yerlə toqquşmasının gec və ya tez baş verəcəyini iddia edib.