Səfər Əbiyevin Türkiyəyə səfəri başlayıb

18 Fevral 2013 12:11 (UTC+04:00)

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmazın dəvəti ilə Ankaraya yola düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Azərbaycan müdafiə nazirinin rəsmi səfəri çərçivəsində dövlətlərarası hərbi məsələlər barədə müzakirələr aparılacaq.