Nazirlər Ankarada görüşəcək

18 Fevral 2013 10:00 (UTC+04:00)

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmazın dəvəti ilə Ankaraya yola düşüb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, müdafiə nazirinin rəsmi səfəri çərçivəsində dövlətlərarası hərbi məsələlər barədə müzakirələr aparılacaq.