Ermənistanda prezident seçkiləri başladı

18 Fevral 2013 08:15 (UTC+04:00)

Bu gün Ermənistanda prezident seçkiləri başlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla saat 8:00-dan 20:00-dək açıq olacaq.

Ermənistanın MSK-sı ölkə üzrə 6883 müşahidəçi qeydə alıb ki, onların 6251-i 26 yerli ictimai, 632 nəfəri isə 12 beynəlxalq təşkilatları təmsil edirlər.

Qeyd edək ki, Ermənistanda prezident postu uğrunda yeddi namizəd mübarizə aparır. Bunlar hazırki prezident, Respublika Partiyasının lideri Serj Sarkisyan, "İrs" partiyasının sədri Raffi Ovanisyan, "Azadlıq" Partiyasının lideri, keçmiş baş nazir Hrant Baqratyan, Milli Müqəddəratı Təyinetmə Birliyinin sədri Paruyr Ayrikyan, Dağlıq Qarabağın sabiq "xarici işlər naziri" Arman Məlikyan, politoloq Andrias Qukasyan və dastanşünas Vardan Sedrakyandır.