Falkao 20-ci qolunu vurdu, "Atletiko" qələbə qazandı

18 Fevral 2013 11:15 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasının növbəti turu çərçivəsində Madrid "Atletiko"su səfərdə "Valledolid"lə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, Madrid klubu bu çətin səfər qarşılaşmasında rəqibinə 3 cavabsız qol ilə qalib gəlib. Bu qarşılaşmada qazandığı qalibiyyət "Atletiko"nun xal ehtiyatını 53-ə yüksəldib. Eyni zamanda, bu qarşılaşmada rəqib qapısına qol vuran Radamer Falkao, bu qol ilə "Atletiko" forması altında 20-ci qoluna imza atıb.