“Barselona” növbəti qələbəsini qazanıb

17 Fevral 2013 10:15 (UTC+04:00)

İspaniya La Liqasında 24-cü turunda lider "Barselona" növbəti qələbəsini qazanıb. Siasport.az saytınlın verdiyi xəbərə görə, "Qranada"nın qonağı olan Kataloniya təmsilçisi Lionel Messinin 50 və 73-cü dəqiqələrdə vurduğu qollarla 2:1 hesabı ilə qalib gəlib.

Oyunda hesabı isə 26-cı dəqiqədə "Qranada"lı O.İghalo açıb. Bu qələbədən sonra "Barselona" 65 xalla liderliyi davam etdirir. İkinci pillədəki "Atletiko" 23 oyundan 50, ücüncü yerdəki "Real" isə 46 xal toplayıb.

Fevralın 17-də "Atletiko" səfərdə "Valyadolid", "Real" isə öz meydanında "Rayo Valyekano" ilə qarşılaşacaq.