Gartner analitik şirkətinin məlumatına əsasən, fərdi kompüter (FK) bazarında tədarük həcminin azalması qeydə alınıb. Məsələn, 2012-ci ilin dördüncü rübündə yığcam və masaüstü FK-in tədarük həcmi müvafiq olaraq 12,1 və 10,9 faiz azalıb.
Mütəxəssislərə görə, 2012-ci ilin son rübündə Qərbi Avropa bazarına ümumlikdə 15,3 milyon FK tədarük edilib.
Bu göstərici 2011-ci ilin dördüncü rübü ilə müqayisədə 11,7 faiz aşağıdır. 2012-ci il ərzində isə bu regiona tədarük edilmiş FK-in sayı 58 milyon təşkil edib və bu göstərici 2011-ci illə müqayisədə 8.4 faiz azdır. Gartner hesab edir ki, Qərbi Avropanın FK bazarında bu vəziyyə iqtisadi çətinliklər, Microsoft-un yeni əməliyyat sisteminin aşağı nəticələri və ultrabuk və planşetlərin qiymətinin çox yüksək olması ilə bağlıdır.