Ad günündə verilən ən yaxşı hədiyyə... tabutdur MARAQLI

16 Fevral 2013 15:40 (UTC+04:00)

- Deyirlər ki, əgər balıqqulağını qulağımıza yaxın tutsaq o zaman orada okeanın səsini eşidəcəyik. Bu fikir səhvdir! Əslində, bu okeanın səsini yox, qulaqda olan damarlardan axan qanın səsidir.

- Siqareti tərgitmək istəyən şəxs əvvəl yatdığı vaxtdan 1 saat az yatmalıdır.

- 4 yaşlı uşaq orta hesabla gün ərzində 437 sual verir.

- İnsan dərisinin üst qatında yaşayan canlı orqanizmlər dünyada yaşayan insanlardan daha çoxdur.

- 6 yaşlı uşaqlar gün ərzində orta hesabla 300 dəfə gülürlər. Böyüklər isə gün ərzində 15-100 dəfə gülür.

- Brazilya növündən olan arılar digər arılardan turş bal hasil etməkləri ilə fərqlənir.

- Qədim Çində valideynlərin ad günündə verilən ən yaxşı hədiyyə tabut hesab olunurdu.

- Bankda bir işçi qadın asqırarkən başı kompyuterin bir düyməsinə dəyib və özü də bilmədən hansısa bir adamın hesabına 1 milyon $ pul köçürüb.

- Amerikanın Çikaqo ştatında xəstəxana xəstəyə 175.000 $ pul verib. Səbəb isə bir neçə il əvvəl əməliyyat zamanı tamponun yaddan çıxıb xəstənin bədənində qalmasıdır. Xəstə xəstəxananı məhkəməyə vermək istədikdə, müdriyyət 175.000 $ pul təklif edib.

- Amerikada bir ana qızının adını Rekordlar kitabına yazdırmaq üçün qızını uşaqlıqdan artıq dərəcədə çox yedizdirib ve nəhayətində 13 yaşında 308 kq. çəkidə olub. Anasını isə həbs ediblər.