Qadın cüdoçularımız Kontinental Kubokunda

16 Fevral 2013 13:52 (UTC+04:00)

Bu gün Avstriyanın Obervarte şəhərində qadın cüdoçular arasında Kontinental Kuboku yarışları başlayıb. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Aişə Qurbanlı (48 kq), Xanım Hüseynova (63 kq) və Şəhanə Əlməmmədova (57 kq) təmsil edirlər.

Yarışda İnna Ostrojnovanın (70 kq) iştirakı planlaşdırılsa da, cüdoçu zədələndiyi üçün turniri buraxmalı olacaq.