Səhnə eskizləri hazırdır

16 Fevral 2013 12:42 (UTC+04:00)

İsveçin Malmö şəhərindəki "Malmö Arena"da keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsində səhnənin ilk eskizləri ölkənin SVT kanalı tərəfindən təqdim edilib. SİA-nın məlumatına görə, yarışmanın icraçı prodüseri Martin Österdal və təşkilat komitəsinin üzvləri ifaçı və tamaşaçıları bir-birinə sıx yaxınlaşdıracaq ən yüksək səhnə tərtibatına malik şou təqdim etmək niyyətindədirlər. Bu isə daha çox məhrəmanə və səmimi, eyni zamanda, əvvəllər yaşanmamış duyğular yaradacaq.

Əsas fərqləndirici cəhətlərdən biri səhnənin və podiumun arenanın daha çox hissəsini əhatə etməsi olacaq. Qalan hissə isə tamaşaçıların daha çox hissəsini təşkil edən fanatlara ayaq üstə duran tamaşaçı yerləri kimi təqdim ediləcək. Beləliklə, fanatlar səhnənin ətrafında duracaq, podium isə birbaşa tamaşaçılara doğru uzanacaq. Belə bir dizayn ifaçıları və auditoriyanı bir-birinə daha da yaxınlaşdıracaq.

Şounun təşkilat komitəsi tərəfindən eskizlər buraxılıb.