Almaniya da seçdi

16 Fevral 2013 12:41 (UTC+04:00)

Almaniyanın "Eurovision-2013" mahnı müsabiqəsindəki təmsilçisi müəyyənləşib. SİA-nın məlumatına görə, seçim turunun nəticələrinə əsasən 2011-ci ildə müsabiqəyə ev sahibliyi edən Almaniyanı məşhur "Cascada" qrupu təmsil edəcək. Üç hissəli səsvermənin sonunda "Cascada" qrupu 30 xal yığaraq I yeri tutub.

İkinci yerdə 23 balla "LaBrassBanda" qrupu, üçüncü yeri isə "One Love" mahnısını ifa edən Söhne Mannheims tutub.