Hollivud ulduzları erməni filmində oynayacaqlar

16 Fevral 2013 11:39 (UTC+04:00)

Erməni əsilli amerikalı rejissor Artak Sevada (Art Sevada) qondarma erməni soyqırımı haqqında film çəkəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, "The GENEX" adlanacaq filmdə Hollivudun məşhur aktyorları çəkiləcək.

Filmin dünya premyerasının 2015-ci il aprelin 24-də olması nəzərdə tutulub. Buna səbəb isə həmin gündə qondarma "erməni soyqırımı"nın 100 ilinin qeyd olunmasıdır. Film "EdgeArt Entertainment" və Sevada prodakşının təşkilatçılığı ilə ekranlaşdırılacaq.

Qeyd edək kİ, filmdə Hollivudun tannımış simaları - Natali Portman, Leonardo Di Kaprio, Armand Assanti, Al Paçino və başqaları çəkiləcək.