"Anam kimi olmaq istəmirəm"

16 Fevral 2013 10:16 (UTC+04:00)

Türkiyənin tanınmış aktrisası, illərin sənətçisi Hülya Avşardan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün bundan əvvəl aktrisa qızı Zehra Çilingiroğlu ilə görüntülənib.

Jurnalistlərin Zəhraya ünvanladığı "Gələcəkdə hansı peşənin sahibi olmaq istəyərdiniz", - sualına verdiyi cavab mətbuat nümayəndələrinin təəccübünə səbəb olub. Aktrisanın qızı anasının sənətindən narahat olduğunu bildirib: "Anam kimi aktrisa və ya müğənni olmaq istəmirəm. Ən böyük arzum vəkil olmaqdır. İndidən gələcəyimi hədəfləmişəm. Dərslərim də olduqca yaxşıdır. Vəkillik də çətin sənətdir, amma aktyorluq qədər deyil".