Azərbaycan prezidenti İlham Əliyev "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında sənəd imzalayıb.
SİA-nın məlumatına görə, imzalanmış fərmanla Fövqəladə Hallar Nazirliyinin (FHN) adı "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi" haqqında qanuna salınır.
Bununla da FHN-ə hüquq-mühafizə orqanı statusu verilib.