Meteorit yağışı 524 nəfəri yaralayıb

15 Fevral 2013 16:33 (UTC+04:00)

Rusiyanın Çelyabinsk vilayətinə düşən meteorit dəhşətli dağıntılar və insan xəsarətinə səbəb olub. Əhali təbii fəlakətin yaratdığı nəticələrdən qorxuya düşüblər. SİA-nın anspress-ə istinadən verdiyi məlumata görə, ümumilikdə hadisə nəticəsində 524 nəfər xəsarət alıb. Onlardan 67-nin uşaq olduğu bildirilir. 3 nəfərin vəziyyəti ağırdır.

Rusiya Fövqəladə Hallar Nazirliyi yaralananların əksəriyyətinin vəziyyətinin ağır olduğunu açıqlayıb.