Sərxoş sürücü qəza törətdi

15 Fevral 2013 15:49 (UTC+04:00)

Hacıqabulda kimliyi bəlli olmayan sərxoş sürücü qəza törədib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gün axşam saatlarında Hacıqabul rayonun mərkəzində M.Əsədov küçəsində Ağdam rayon sakini sürücü 1977-ci il təvəllüdlü Əsədov Zahir Maqsud oğlunun idarə etdiyi "Mercedes" markalı 90 NU 237 nömrəli avtomaşınla 10 NB 897 nömrəli VAZ 2107 markalı avtomobil toqquşub. Hadisənin şahidi olan şəxslərin dediyinə görə, "Jiquli"nin sürücüsü və yanındakı 1 nəfər sərnişin xəsarət alıblar.

DYP-nin hadisə yerindəki əməkdaşı sürücünün və xəsarət alanların kimliyini ciddi-cəhdlə gizlətməyə çalışdı. Araşdırmamız nəticəsində məlum olub ki, sürücü sərxoş vəziyyətdə imiş. Bunu həkimlər də təsdiq ediblər.

İqbal Mikayılov