Tanınmış aktyor ata olmağa hazırlaşır

15 Fevral 2013 10:27 (UTC+04:00)

Bütün dünya, o cümlədən Azərbaycan tamaşaçısının böyük maraqla izlədiyi "Kurtlar Vadisi" teleserialının Polatı - Necati Şaşmazdan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, sevilən aktyor ata olmağa hazırlaşır. Xatırladaq ki, Necati Şaşmaz 2012-ci ilin dekabr ayının 12-də Nagehan Kaşıkçı ilə evlənmişdi.

Qeyd edək ki, Necati Şaşmazın 42, xanımının isə 21 yaşı var.