Dünyada ilk süni insan yaradıldı

14 Fevral 2013 17:41 (UTC+04:00)

Dünyada ilk süni insan yaradılıb. SİA-nın xarici mətuata istinadən verdiyi məlumata görə, süni insan orqanlarından ibarət olan insan "Reks" adlanır. Onun vəzi, böyrəyi, dalağı, hətta nəfəs borusu da var. Hətta "Reks"-də süni qanı damarlara ötürən ürək də var. "Shadow" robot-texnika şirkətinin yaradıcılarına bu texniki möcüzə 1 000 000 ABŞ dollarına başa gəlib. İndi ən müasir protezləmənin dəyəri məhz bu qədərdir.