Bakı Ali Neft Məktəbində yeni ixtisas açılacaq

14 Fevral 2013 17:41 (UTC+04:00)

"Bakı Ali Neft Məktəbində növbəti tədris ilində neft-qaz və neft-kimya sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yeni bir ixtisas - "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" açılacaq". SİA-nın xəbərinə görə, bunu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbasszadə ilə məktəbin tələbələri arasında keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bir il bundan əvvəl "Neft və qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə tələbə qəbuluna başlayan ali məktəb növbəti tədris ilindən "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə də tələbə qəbul edəcək.