Mixail Jvanetski Bakıya gəlir FOTO

14 Fevral 2013 14:17 (UTC+04:00)

Məşhur rusiyalı yazıçı-satirik Mixail Jvanetski 1 aprel Gülüş günü Heydər Əliyev Sarayında çıxış edəcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, çoxsaylı digər təkliflərə baxmayaraq, Jvanetski artıq ikinci ildir ki, 1 aprel - Gülüş gününü Bakıda keçirməyə qərar verib.

İki saat davam edəcək yumor gecəsində satirik yeni və seçilmiş monoloqlarını tamaşaçılara təqdim edəcək. Konsertin satışa çıxarılan biletlərinin qiyməti 10-50 manat arasındadır.