"Kəpəz"in ayağı sınan futbolçusundan xəbər

14 Fevral 2013 13:56 (UTC+04:00)

Yanvarın sonunda məşqlərin birində zədələnərək sıradan çıxan "Kəpəz"in futbolçusu Emin Əliyevin durumunda irəliləyiş var. Siasport.az saytının məlumatına görə, topuq oynağında iki yerdə sınıq və bağında hissəli qopma olan gənc yarımmüdafiəçinin vəziyyəti yaxşılığa doğru dəyişir. E.Əliyevin sağ ayağında olan gips sarğısı artıq açılıb. Ayağı iki həftə gipsdə qalan futbolçu bundan sonra reablitasiya mərhələsinə başlayacaq. Bu barədə komandanın həkimi Şıxəli Həsənov məlumat verib. Onun bildirdiyinə görə, Emin gələn həftədən etibarən məşqlərə başlaya biləcək.