Gəncə polisi reydlərə başlayıb

14 Fevral 2013 10:15 (UTC+04:00)

Gəncə şəhər Dövlət Yol Polisi növbəti reydlərə start verib. SİA-nın Qərb bürosunun verdiyi məlumata görə, avtomobillərində görməni məhdudlaşdıran pərdə və plyonkalardan istifadə edən sürücülərin avtomobillər yoxlamaların hədəfi olub. Təxminən 2 saat davam edən yoxlamalarda 30-a yaxın sürücü qanunverciliyin tələbləri çərçivəsində cəzalandırılıb.

Bəzi avtomaşınların pərdələri elə yerindəcə sökülüb, sahibləri isə avtomaşınları ilə birlikdə Dövlət Yol Polisi İdarəsinə aparılıb. Reydlər çərçivəsində sürət həddini pozan başqa sözlə desək avtoxuliqanlıq edən şəxslər də qanundan öz payını alıb. Gəncə şəhər Dövlət Yol Polisindən bildirilib ki, reydlər bununla yekunlaşmyacaq. Qanuna əməl etməyən sürücüləri daha sərt cəzalar gözləyir.

İlham Məmmədov