Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva paytaxtımıza təşrif buyuran türkiyəli həmkarı Didemlə görüşüb. SİA-ya açıqlama verən rəqqasə bildirib ki, onların tanışlıqları el məclislərinin birində prodüsser Tarix Əliyevin (Tolikin) vasitəsi ilə baş tutub: "Ötən gün məclislərin birində Türkiyəli həmkarım Didemlə tanış oldum. İlk öncə mən rəqsimi nümayiş etdirdim. Daha sonra o rəqs etdi. Öz rəqsini ifa edib başa vurduqdan sonra, mənim barəmdə xoş sözlər söyləməyə başladı. Onunla adi həyatda ilk dəfə üz-üzə gəlsək də, çox səmimi birinə bənzəyirdi. Ondan mənə müsbət enerji gəldi. Hətta "Mən çox çirkinəm, siz necə də gözəlsiniz" dedi. Barəmdə söylədiyi xoş sözlərə görə ona öz təşəkkürümü bildirdim".