Teleserialdakı rolu sona çatır

13 Fevral 2013 10:29 (UTC+04:00)

Bütün dünyada, o cümlədən Azərbaycanda böyük maraqla izlənən "Muhteşem Yuzyıl" teleserialından maraqlı xəbərlər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, teleserialda Qanuni Sultan Süleymanı canlandıran Halit Ergenç bir neçə gün əvvəl film haqqında maraqlı məlumatlar verib: "5 bölüm sonra Şahzadə Mustafa aramızdan ayrılacaq. Amma yenə də doğrusunu ssenaristlərimiz bilər".

Ssenaristlər isə verdikləri açıqlamada teleserialdan ayrılanın Şahzadə Mustafanı canlandıran Mehmet Günsür yox, Şahzadə Mehmeti canlandıran Gurbey İreli olduğunu bildiriblər.

Nəzərinizə çatdıraq ki, Şahzadə Mehmet real həyatda 1543-cü ildə, 29 yaşında amansız xəstəliyə tutularaq vəfat edib.