Amerika kəşfiyyatına müsəlman rəhbər

12 Fevral 2013 22:25 (UTC+04:00)

Amerika prezidenti Barak Obamanın MKİ-nin prezidenti postuna namizd göstərdiyi Con Brennanın müsəlman olduğu deyilib. Bu şok iddia Federal Təhqiqat Bürosunun keçmiş "İslam mütəxəssisi" Con Quandolo tərəfindən ortaya atılıb. 25 illik kəşfiyyat karyerası olan Con Brennan İrlandiyadan köçən katolik bir ailədən gəlir. Ancaq Quandolo, Brennanın Səudiyyə Ərəbistanında xidmət edərkən İslam dinini seçdiyini deyib.

Bir radio proqramına müsahibə verən Quandolo, Brennanın müsəlman olduğunu sübut edəcək şahidləri olduğunu da vurğulayıb. Səudiyyə hökuməti üçün işləyənlərin Brennanın İslamı qəbul etməsinə nail olduqlarını deyən Quandolo "Brennan çox saf, axmaq, təhlükəli sayılacaq dərəcədə cahil və MİK-nə rəhbər olmağa yaramayan bir şəxsdir" söyləyib.

Amerikadakı nüfuzlu çüvrələr Obamanın ABŞ prezidenti olmasıyla Müsəlman Qardaşların dövlətə sızmağa başladığını iddia edir.azvision.az