Natali Qule: “Bu Ermənistan hökumətinin təxribatıdır”

12 Fevral 2013 15:00 (UTC+04:00)

Ermənistanın Xocalı aeroportunu açmaq cəhdi təxribatdır. SİA-nın verdiyi xəbərə görə bunu Türkiyənin "Cihan" xəbər agentliyinə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, bu təxribatçı addım Dağlıq Qarabağ nübaqişəsinin həllinə ciddi zərbə vuracaq: "Xocalıda aeroportun açılması məsələsi təxribatdır. Bu, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə ciddi zərbədir. Mən özümü Azərbaycanın fəxri vətəndaşı kimi görürəm. Buna görə də beynəlxalq aləmdə Azərbaycanın maraqlarını hər zaman müdafiə edəcəyəm".