Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Abituriyent" jurnalının 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini özündə əks etdirən 12-ci sayını dərc edib. SİA-nın məlumatına görə, jurnalda abituriyentlərin ərizələrinin qəbulundan başlayaraq imtahanların təşkili, biliklərin qiymətləndirilməsi, ali məktəblər və ixtisaslar üzrə yerləşdirmə və s. ilə bağlı təfsilatlı məlumatlar öz əksini tapıb.
Xüsusi maraq doğuran, əlbəttə qəbulun nəticələri olduğundan ali təhsil müəssisələrinin reytinqinin abituriyentlərin ixtisas seçimi əsasında formalaşdığı vurğulanıb. Reytinq ali təhsil müəssisəsinin digər qurumlarla rəqabətdə dövlət büdcəsi vəsaiti hesabına təhsil almaq hüququ qazanmış abituriyentləri özünə cəlb etməsində, ali məktəblərin ixtisas kodlarının abituriyentlərin ərizələrində neçənci yerdə göstərilməsində və qəbul olan abituriyentlərin ballarının səviyyəsində öz əksini tapır. TQDK tərəfindən hər bir ali məktəbin qəbul kampaniyasındakı reytinqi müəyyənləşdirilib. Bunun üçün ali təhsil müəssisələrinin ixtisaslarının abituriyentlərin ərizəsində birinci mövqedə göstərilməsindən, müsabiqədə iştirak edən və ixtisas seçimində istəyini həyata keçirmək üçün bal toplayan abituriyent seçimi əsasında hesablanan müsabiqə əmsalından, ali məktəbə qəbul olan orta statistik abituriyentin topladığı baldan və ali məktəbin dövlət sifarişli yerləri tutma faizindən istifadə olunub.
Bütün bu göstəricilər nəzərə alınmaqla ali təhsil müəssisələrinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq cədvəlində tutduqları yerlər aşağıdakı kimidir.
№ |
Ali təhsil müəssisəsi |
Reytinq göstəricisi |
1 |
Bakı Ali Neft Məktəbi |
14247 |
2 |
AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
6800 |
3 |
Azərbaycan Tibb Universiteti |
6259 |
4 |
Azərbaycan Diplomatik Akademiyası |
4572 |
5 |
Bakı Dövlət Universiteti |
3707 |
6 |
"Qafqaz" Universiteti |
3530 |
7 |
Naxçıvan Dövlət Universiteti |
2878 |
8 |
Azərbaycan Dövlət Neft Akademiyası |
2815 |
9 |
Azərbaycan Turizm İnstitutu |
2811 |
10 |
Azərbaycan Dillər Universiteti |
2799 |