Droqba izlədi, "Qalatasaray" arenada qələbə qazandı!

11 Fevral 2013 14:45 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasında növbəti turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, səfərdə "Elazığspor"un qonağı olan İstanbulun "Beşiktaş" futbol klubu, çətin səfər qarşılaşmasında 3:1 hesablı qələbəyə sevinib. Bir başqa İstanbul təmsilçisi olan "Fənərbaxça" da səfərdə "Mersin İdmanyurdu"nun qonağı olub. Olduqca kritik keçən qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qalib gəliblər. "Trabzonspor" isə "Sivasspor"la qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. İstanbulun "Qalatasaray" futbol klubu isə, "Türk Telekom Arena"da "Antalyaspor"la qarşılaşıb. Yeni transfer Didye Droqbanın tribunadan izlədiyi bu qarşılaşmada, "cim bom" Burak Yılmazın dublu sayəsində rəqibini 2:0 hesabı ilə məğlub edərək, turnir cədvəlindəki liderliyini bir qədər də möhkəmləndirib.

Türkiyə superliqası, 21-cu tur

10 fevral

"Sivasspor" – "Trabzonspor" – 2:0
Qollar:
H.Arslan, 21, A.Chahechohe, 57

"Kayserispor" – "Orduspor" – 0:0

"Mersin İdmanyurdu" – "Fənərbaxça" – 0:1
Qol:
P.Vebo, 45

"Qalatasaray" – "Antalyaspor" – 2:0
Qollar:
B.Yılmaz, 8, 62


9 fevral

"İstanbul B.B" – "Akhisar" – 0:2
Qollar:
T.Gekas, 31, 46

"Gənclərbirliyi" – "Eskişehirspor" – 0:2
Qollar:
D.Angelo, 12, N.Ateş, 89

"Elazığspor" – "Beşiktaş" – 1:3
Qollar:
A.Görk, 5 (1:0), F.Holosko, 45 (1:1), İ.Toraman, 56 (1:2), M.Fernandes, 82 (1:3)

"Karabükspor" – "Bursapor" – 0:3
Qollar:
Tuncay, 54, Chretien, 61, P.Batalla, 80