Erməni nazir ölkəni tərk edir

11 Fevral 2013 09:14 (UTC+04:00)

Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Gürcüstana yollanacaq. SİA-nın erməni mətbuatına istinadən məlumatına görə, səfər fevralın 13-dək davam edəcək. E.Nalbadyanın səfərində əsas məqsəd Şərq tərəfdaşlığı ölkələri XİN rəhbərlərinin toplantısına qatılmaqdır. Görüşdə gündəmdə olan ikitərəfli məsələlər müzakirə ediləcək.