AMEA-nın prezidenti vəfat etdi

10 Fevral 2013 14:06 (UTC+04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov vəfat edib. SİA-nın məlumatına görə, Mahmud Kərimovun Türkiyədə klinikaların birində ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

M.Kərimovla vida mərasimi və onun dəfni ilə bağlı məsələlər gün ərzində müəyyənləşəcək.

Qeyd edək ki, Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə İrəvan şəhərində anadan olmuşdu. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdi. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü sevçilib, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.