Tanınmış müğənni nişanlanır

10 Fevral 2013 13:14 (UTC+04:00)

Bir çox Azərbaycan tamaşaçısının sevdiyi türk müğənnisi Kenan Doğuludan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, tanınmış sənətçi bir neçə gün bundan əvvəl sevilən aktrisa Beren Saatla olan əlaqəsi haqqında açıqlama verib: "Biz çox xoşbəxtdik. Haqqımızda hər gün bir şaiə yayılır. Belə xəbərlərə inanamayın" .

Nəzərinizə çatdıraq ki, Kenan Doğulu toyun nə vaxt baş tutacağını deməsə də, artıq nişan tarixinin bəlli olduğunu qeyd edib.