“Elitstar” boş vaxtlarını kimlə keçirir?

10 Fevral 2013 12:26 (UTC+04:00)

Azərbaycanlı müğənni Cəmilə aparıcısı olduğu verilişdən söz açıb. İfaçı bundan sonra heç bir qalmaqallı söz-söhbətlərdə adının çəkilməyəcini iddia edib. SİA-ya açıqlama verən xanım müğənni şəxsi həyatından da danışıb: "Artıq bir aydır ki, Şimal bölgəsində veriliş aparıram. Aparıcı olduğum veriliş çox baxımlıdır. Verilişimdə Teymur Əmrah, Aslan və başqa bu kimi dəyərli sənətkarlar qonaq qismində çıxış edib. Odur ki, məni heç bir qalmaqal, söz-söhbət maraqlandırmır. Ancaq öz işimlə məşğul oluram. Boş vaxtlarımı isə nəvələrimlə birgə keçirirəm".

Qeyd edək ki, "Elitstar" kimi tanınan Cəmilə haqqında bir müddət bundan öncə toyların birində döyülmə xəbəri yayılmışdı.