Güclü yağış Perunu iflic etdi

10 Fevral 2013 10:29 (UTC+04:00)

Perunun ikinci iri şəhəri sayılan Arekipada bir neçə gündür davam edən intensiv leysan yağışların törətdiyi güclü daşqın nəticəsində ən azı 6 nəfər ölüb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Arekipa şəhərində güclü yağışlar fevralın 8-dən yağmağa başlayıb.

Daşqın nəticəsində yüzlərlə ev və tikili su altında qalıb, şəhərin küçələrində güclü sellər əmələ gəlib. Məlumata görə, təbii fəlakət nəticəsində ən azı iki körpü uçulub, şəhərin qonşu yaşayış məntəqələrlə əlaqəsi kəsilib.